Qadin.NET / Rusiyanı "Eurovision 2019"-da Sergey Lazarev təmsil edəcək!

Rusiyanı "Eurovision 2019"-da Sergey Lazarev təmsil edəcək!

Rusiyanı "Eurovision 2019"-da Sergey Lazarev təmsil edəcək!


Rusiya "Eurovision 2019" mahnı müsabiqəsində çıxış edəcək təmsilçisinin adını açıqlayıb. 

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, mayda İsraildə keçiriləcək yarışmada məşhur müğənni Sergey Lazarev iştirak edəcək. Bir müddətdir adı hallansa da Sergey xəbəri ötən gün təsdiqləyib. 


O, qərarın "Р РѕСЃСЃРёСЏ-1" kanalı tərəfindən qəbul edildiyini vurğulayıb:

"İzləyicilərin səsverməsi nəticəsində qərar qəbul olunub. Hər kəsin dəstəyinə inanıram. Əgər ikinci dəfə gedirəmsə, hər kəs məndən qalibiyyət gözləyir. Bu da məni daha məsuliyyətli edir".

Lazarevin çıxışının prodüser Filipp Kirkorov olacaq. 

Qeyd edək ki, "Eurovision 2019" Tel-Əvivdə keçiriləcək.

Rusiyanı "Eurovision 2019"-da Sergey Lazarev təmsil edəcək!


8 fevral 2019
GO BACK