Britaniyalı model, aktrisa və fitnes təlimatçısı Milli Makintoş Azərbaycanda səfərdə olub. İstirahətə gəldiyini deyən 29 yaşlı M.Makintoş Qəbələdəki beşulduzlu "Chenot Palace Health Wellness Hotel"də dincəlib.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, Qəbələdə 5 günlük istirahətin son günü o, İnstagram-dakı profilində yazıb: "Azərbaycanda ruhum yeniləndi".
Qəbələdə olarkən trenajor zalında məşq edən, sonra hidromasaj və lazer liplaksiyası prosedurlarına məruz qalan M.Makintoş oteldə krioterapiya seansına da yollanıb.
M.Makintoş Azərbaycana tək, 2011-ci ildən bəri qeyri-rəsmi nikahda olduğu Hüqo Taylersiz gəlmişdi.
Fevralın 10-da BAFTA mükafatlarının təqdimat mərasiminə qatılacağını vurğulayan model və aktrisa İnstagram-dakı profilində yazıb: "Məni Azərbaycana "ChenotMethod" adlı fitnes-bərpa metodunu sınamağa dəvət etdilər. Çox razı qaldım. Azərbaycana səfərim "gizlincə" oldu, mediaya heç bir açıqlama vermədim"