Qadin.NET / Liam Nison müsahibəsinə görə təhqir olundu-FOTO

Liam Nison müsahibəsinə görə təhqir olundu-FOTO

Liam Nison müsahibəsinə görə təhqir olundu-FOTO


Populyar britaniyalı aktrisa, müğənni və bəstəkar Lili Allen tanınmış aktyor Liam Nisonu sərt tənqid edənlərə qatılıb.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, 33 yaşlı müğənni Avstraliyanın Sidney şəhərindəki konsertində "F ** k You" mahnısını ifa etməzdən əvvəl deyib: "Adətən həmişə bu mahnını ABŞ prezidenti Donald Trampa ithaf edirəm. Bu gün isə mahnı Liam Nisona həsr olunur".

66 yaşlı Liam Nison "İndependent "ə verdiyi müsahibəsində deyib: "Xeyli əvvəl sevgilim tanımadığı adamın təcavüzünə məruz qaldığını dedi. Onun kim olduğunu bilib-bilmədiyini soruşanda "yox" dedi. Sadəcə, söylədi ki, qaradərili adamdı. Düz bir həftə əlimdə beysbol zopsı ilə gəzdim. Düşünürdüm ki, pablardan birindən həmin qaradərili əclaf çıxacaq. Onu öldürməyə hazır idim. Lakin sonralar səhv etdiyimi anladım və peşman oldum".

6 fevral 2019
GO BACK