Qadin.NET / Xəyalə Muradın yeni kitabı nəşr olundu!-FOTO

Xəyalə Muradın yeni kitabı nəşr olundu!-FOTO

 

Xəyalə Muradın yeni kitabı nəşr olundu!-FOTO

 

Bu gün Qadin.Net saytının baş redaktoru, yazıçı, araşdırmaçı Xəyalə Muradın sayca beşinci kitabı işıq üzü gördü.

Qadin.Net bildirir ki, "Parafraz Nəşrləri"ndə çap olunan macəra romanının adı "Vanuatu adasının sakinləri" adlanır. 

Əsər bir-birinə yad on dörd nəfərin hava limanında ölüm müqaviləsi imzalaması ilə başlayır. Üç həfə ərzində gözdən uzaq adada sağ qalmağı bacaran bir nəfər on milyonun sahibi olacaq. Rəqibə çevrilmiş bu adamların taleyindən bəhs edən roman hələ nəşrindən əvvəl oxucuların, izləyicilərin diqqətini öz üzərinə və sujet xəttinə çəkməyi bacarmışdır.

Qeyd edək ki, "Vanuatu adasının sakinləri" Xəyalə Muradın sayca beşinci kitabıdır. Bundan əvvəl "Adsız", "Hər şey qızım üçün", "Bir yarpağın arzusu" və "Görünməyən həqiqət" adlı kitabları çap olunub. 

"Vanuatu adasının sakinləri" fevralın 5-indən etibarən satışdadır. 

 

Xəyalə Muradın yeni kitabı nəşr olundu!-FOTO

 

  

Xəyalə Muradın yeni kitabı nəşr olundu!-FOTO

 

 

Xəyalə Muradın yeni kitabı nəşr olundu!-FOTO

 


5 fevral 2019
GO BACK