Bir neçə ilə öncə Azərbaycana köçən türkiyəli məşhur müğənni Doğuş imicində dəyişiklik edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, müğənni saç və qaş əkdirib.
Qaşlarında aparılan əməliyyatdan sonra onun gözlərinin kənarında şişkinlik və göyərmə ortaya çıxıb. Həkimlər yaranan problemin təxminən, 2 həftə sonra aradan qalxacağını və Doğuşun sağlam görünüşə qovuşacağını deyib.