Latviyanın paytaxtı Riqa şəhərinin sakinləri yeni cərimə növü ilə üzləşiblər. Onlar həyətdə saxladıqları şəxsi avtomobillərinin ətrafından qarı təmizləmədikləri üçün 40 avro məbləğində cərimə olunurlar.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, həmin cərimə ilə üzləşən vətəndaşlar bu barədə sosial şəbəkələrdə narazılıqlarını bildiriblər. Latviya mediası məsələ ilə bağlı araşdırmaya başlayıb. Riqa polisindən bildiriblər ki, həqiqətən də qanunda belə bir cərimə növü var.
Əgər avtomobil həyətdə və ya yolda 3 gündən artıq saxlanılmaqla qartəmizləyən texnikanın işinə mane olursa, onun sahibi özü avtomobilin ətrafındakı qarı təmizləməlidir.