Qadin.NET / Castin Timberleykdən GÖZLƏNİLMƏZ ADDIM

Castin Timberleykdən GÖZLƏNİLMƏZ ADDIM

Castin Timberleykdən GÖZLƏNİLMƏZ ADDIM


Məşhur müğənni Castin Timberleyk avtomobildə yuxuya gedən arvadını videoya çəkib və İnstaqramda paylaşıb.

 Qadin.Net ölkə.az-a istinadən bildirir ki, hadisə bir neçə gün əvvəl baş verib və cütlük ad günü münasibətilə restorana gedib. Geri qayıdanda isə Castinin həyat yoldaşı maşında yuxuya gedib.

Castin bu anları videoya çəkib və İnstaqram səhifəsində paylaşıb. Video çarx qısa müddət ərzində 2,8 milyon insan tərəfindən bəyənilib.

Video çarxda Timberleyk səssiz şəkildə öz ad gününü təbrik edir. Sonra isə səsini yüksəldir və həyat yoldaşı yuxudan ayılır. Onun arvadı Cessika Biel oyanır və gülür. Qadın "Mən böyük gün üçün hazırlaşıram. Sadəcə hazırlaşıram" deyir.

Castin Timberleykdən GÖZLƏNİLMƏZ ADDIM


4 fevral 2019
GO BACK