Bədəndə D vitamini çatışmamazlığı şəkər xəstəliyinə (diabet) səbəb ola bilər.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bunu Braziliyanın San Paulo Universitetinin elm adamları təsdiq ediblər.
Araşdırma 35-74 yaş arası 700-dən çox qadından alınan analiz üzərində aparılıb.
Analizin nəticələrinə görə, bədəndə D vitamininin səviyyəsi nə qədər yüksək olsa, şəkər səviyyəsi o qədər zəif olur. Bu da diabetə yoluxma riskini azaldır.
Ekspertlər D vitamininin pankreatik beta hüceyrələrinə və qan şəkəri səviyyəsinin yüksəlməsinə qarşı insulinin reaksiyasına təsir etdiyini istisna etmirlər.
D vitamininin əsas mənbəyi xüsusilə yağlı balıqlar (somon, morina balıqları), balıq yağı, yağ, pendir, yumurta sarısı və kürüdür. Bundan əlavə, D vitaminini Günəş işığından da əldə etmək mümkündür. Bu prosesin intensivliyi fəsil, vaxt və müddətə görə dəyişir.