Sevgili olduqları deyilən "Erkenci Kuş"un baş rol ifaçıları Demet Özdemir və Can Yaman gecə saatlarında bir məkandan çıxarkən görüntüləniblər.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, qapıda jurnalistlərin olduğunu öyrənən aktyorlar məkanı tək-tək tərk etmək qərarına gəliblər.
Restorandan ilk çıxan Yaman sualları cavabsız qoyub. Qısa vaxt keçdikdən sonra isə məkandan Özdemir çıxıb. Tələsik taksiyə oturan aktrisa "Can bəy də içəridə idi, nə deyəcəksiniz" sualına "Bilmirəm, təsadüf" cavabını verib.