Qadin.NET / Fevralda iki maqnit qasırğası gözlənilir

Fevralda iki maqnit qasırğası gözlənilir

Fevralda iki maqnit qasırğası gözlənilir


Rusiyanın Fizika İnstitutunun Günəş rentgen astronomiyası laboratoriyası fevralın 20-də geomaqnit qasırğasının baş verəcəyini açıqlayıb.

Qadin.Net bu barədə oxu.az-a istinadən məlumat verir.

Bundan əvvəl, fevralın 1-də baş verən birinci kateqoriyalı maqnit qasırğası Bakı vaxtı ilə gecə saat 02:00-03:00 radələrində qeydə alınıb, geomaqnit şəraitdə və ya peyk sistemlərinin işində hər hansı nəzərəçarpan dəyişiklik yaratmayıb.

Fevralın 1-də baş verən maqnit qasırğası cari ildə sayca üçüncü olub. Laboratoriyanın məlumatına əsasən, yanvarın 5-də və fevralda baş verən maqnit qasırğası Günəşin eyni koronal dəliyindən qaynaqlanıb. Plazma axını əsasında tədqiqatçılar növbəti maqnit qasırğasının Yerə fevralın 20-də daxil olacağını hesablayıb.

Alimlərin proqnozlarına görə, Günəşin aktivliyində hər hansı əhəmiyyətli dəyişiklik baş verməsə, növbəti maqnit qasırğası fevralın 28-i və ya martın 1-nə təsadüf edəcək.

2 fevral 2019
GO BACK