Qadin.NET / Məşhur müğənni səhv döymə etdirdi-FOTO

Məşhur müğənni səhv döymə etdirdi-FOTO

Məşhur müğənni səhv döymə etdirdi-FOTO


Ariana Qreynd  yeni çıxardığı “Seven rings” adlı mahnının şərəfinə döymə etdirib.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ancaq müğənninin tatusundakı söz səhv yazılıb.

Belə ki, müğənni səhvən “seven rings” yerinə “shichirin” yəni, yapon dilindən tərcümədə “barbekyü” mənasını daşıyan döymə etdirib.

Döyməsinin fotosunu sosial mediada paylaşan Ariana tatusunun səhv olduğunu biləndən sonra “Edə biləcəyim heç nə yoxdur, gözümə çox pis görünsə, sildirəcəyəm” deyə, bildirib.

Qeyd edək ki, müğənninin “Seven rings” mahnısı iki həftəyə 115 milyon dəfə izlənilib.

Məşhur müğənni səhv döymə etdirdi-FOTO

Məşhur müğənni səhv döymə etdirdi-FOTO


2 fevral 2019
GO BACK