Ötən çərşənbə günü Londonda keçirilən auksionda 170 tarixi əsər satışa çıxarılıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, 67,8 milyon dollarlıq satışın gerçəkləşdiyi gecədə ən çox diqqətçəkən isə 16-cı və 18-ci əsrdə yaşamış qadınların əsərlərinə verilən qiymətlər olub.
“Qadınlıq qüruru” şüarı ilə satılan Elizabet Luis Viq Le Brönün 18-ci əsrin sonlarına aid olan “Məhəmməd Dərviş Xan” adlı tablosu 7,2 milyon dollara satılaraq indidəyək bir qadın sənətçinin auksionda satılan ən bahalı əsəri kimi rekord qırıb.
Qeyd edək ki, Viktoria Bekham sözügedən tablonu auksiona çıxmadan öncə butikində sərgiləyib və fotosunu İnstaqramda paylaşmışdı.