Rusiyalı müğənni Avraam Russo Soçidə keçirilən "Песне РіРѕРґР°" adlı gecədə səhnəyə çıxıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ifaçı gecədə erməni mahnısı olan "Kamança"nı təqdim edib. Sözügedən mahnının Azərbaycan bəstəsi olan "Çırpınırdı Qara dəniz"in plagiatı olduğu ortaya çıxıb.
"Песня РіРѕРґР°" erməni kanalı tərəfindən keçirilir. Rusiyalı müğənnilər orada mahnı səsləndirir, mükafat qazanırlar. Dahi azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyli tərəfindən bəstələnən "Çırpınırdı Qara dəniz"in erməni mahnısı kimi təqdim edilməsi səs-küy yaradıb. Avraamın "YouTube"da yerləşdirilən ifasında müəllif adı qeyd edilməyib. Mahnının sözləri kimi isə Sayat-Nova yazılıb.