Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, xəyanətlə üzləşdiyinə görə ayrılmaq istədiyini dilə gətirən Necati Şaşmaz xanımı Nagihan Şaşmazdan 10 milyon lirə təzminat istəyib.
Nagihan mələsə ilə bağlı qarşılıqlı iddia qaldırıb. O, ərizəsində illərdir Necati Şaşmazdan yaxşı münasibət görmədiyini qeyd edib:
"Mən karyera qurmaq istəyirdim, amma Necati narazılıq etdi. Mənə "mən oxumamışamsa, sən də oxumamalısan. Məktəbə getməyinə mane olacam. Səndən heç nə çıxmaz. Səninlə Polad Alemdar kimi davranacam" deyib".