“Çarpışma” serialında səsləndirilən Cem Karacanın “Namus bəlası” mahnısı qalmaqala səbəb olub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, baş rollarında Kıvanç Tatlıtuğ, Elçin Sangu, Melisa Aslı Pamuk və Alperen Duymazın oynadığı serialda istifadə edilən mahnının “Yüz bin kere tövbe eder yine şarap içeriz” qismi senzuraya məruz qalıb.Müğənninin oğlu Emrah Karaca isə serial komandasına sərt reaksiya verərək “Siz həqiqətən axmaqsınız. İllərlə senzurayla mübarizə apardıq, hələ də aparırıq. Bunun hesabını verəcəksiniz” deyə, bildirib.Qeyd edək ki, senzuranı Radio və Televiziya şurası tətbiq edir.