Gürcüstanda dünya şöhrətli müğənni Meraya Kerinin bu ilin may ayında konserti planlaşdırılır.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia bildirib.
O deyib ki, konsertlə bağlı intensiv işlər aparılır: "Meraya Keri mayda Gürcüstana gəlib, ilk konsertini verə bilər. Bu məsələ tam dəqiqləşdiriləndən sonra məlumat veriləcək. Bu barədə və "Check in Georgia" layihəsi çərçivəsində planlaşdırılmış digər tədbirlər barədə iki həftə sonra məlum olacaq".
M.Kerinin konsertinin Qara dəniz sahilində yerləşən "Black Sea Arena" zalında keçiriləcəyi nəzərdə tutulub.