Luiziana ştatının sakini 56 yaşlı Kim Harris Denikolanın başına qəribə hadisə gəlib.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, xanım dini dərnəkdə olarkən qəfildən başağrısı tutub və o, huşunu itirib. Xəstəxanada özünə gələn qadın nə ərini, nə də uşaqlarını tanıyıb. Kim Harris "neçənci ildir" sualına 1980-ci il cavabını verib və 18 yaşı olduğunu deyib.
Son 39 ildə yaşadıqlarını unudan qadın ilk dəfə tualetə gedərkən güzgüdə özünü görüb və tanımayıb. Bununla da o, ikinci şokunu yaşayıb. Həkimlər hesab edir ki, o, tranzitor qlobal amneziya keçirib və itirilən yaddaşın nə vaxtsa qayıdacağına şübhə edirlər.
Qadın hamını əmin edir ki, Amerika prezidentləri Obama və Tramp barəsində heç nə eşitməyib. O, kompüter və mobil telefonla işləməyi də bacarmır.
"Bizdə televizor belə deyildi, kanalları dəyişmək üçün yerimdən durub televizordakı dəstəyi çevirirdim", - deyə Kim Harris qeyd edib.