Taylandın paytaxtı Banqkokda nəqliyyat vasitələrinin, tikinti layihələrinin, küçə yeməklərinin səbəb olduğu çirklənmə sakinlərə faciə yaşadır.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, vətəndaşlar ölkədəki havanın onlara göstərdiyi təsiri sosial mediada paylaşırlar.
Məlumata görə, çirklənmə nəinki insanlara eyni zamanda heyvanlara da pis təsir edir. Daim maskada gəzən sakinlər asqırdıqda burunlarından qan gəldiyini qeyd ediblər.
Hökümət çirklənmə səbəbi ilə ölkədə 439 təhsil ocağını bağlayıb. Bunu ağılsızlıq hesab edən vətəndaşlar isə tezliklə çirkli havnın təmizlənməsini tələb edirlər. Sosial şəbəkələrdə bu barədə yazan taylandlı sakinlər çirkli havaya görə evin pəncərələrini belə aça bilmədiklərini vurğulayırlar.