Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Daxili İşlər Nazirliyinin Bakı şəhərinin Xətai rayonunda yeni inşa olunmuş 6 saylı uşaq bağçasının açılışında iştirak edib.
Qadin.Net axşam.az-a istinadən bildirir ki, birinci vitse-prezident uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.Daxili işlər naziri Ramil Usubov məktəbəqədər təhsil ocağında yaradılan şəraitlə tanış olan Mehriban Əliyevaya məlumat verib.Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla xatirə şəkli çəkdirib.