“Yasak elma” serialında geyindiyi kürk paltoya görə tənqid edilən türkiyəli aktrisa Şevval Sam aldadıldığını bildirib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, o, “Gerçək kürk olduğunu bilmirdim. Bundan sonra nə həqiqi, nə də saxta kürk geyinməyəcəyəm” deyə, bildirib.Qeyd edək ki, Şevval Samın “Yasak elma”dan uzaqlaşdırılması ilə bağlı xəbər yayılıb. Lakin serialın prodüseri bu iddiaları yalanlayıb.