Qadin.NET / Bir gündə 4 milyard qazandı-FOTO

Bir gündə 4 milyard qazandı-FOTO

Bir gündə 4 milyard qazandı-FOTO


"Louis Vuitton Moët Hennessy" brendinin 69 yaşlı prezidenti Bernar Arnonun var-dövləti bir günün içində 4,3 milyar artıb.  
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, fransız biznesmenin imkanı LVMH-nin bir illik imkanı hesablandıqdan sonra olub."Bloomberg"də bildirilib ki, Arnonun mirası 76,9 milyard dollardır. Dünyanın ən varlı insanları siyahısında onun adı dördüncü sıradadır. Birinci yerdə "Amazon"un yaradıcısı Ceff Bezos 138 milyard, ikincidə "Microsoft"un yaradıcısı Bill Qeyts 95,5 milyard, üçüncüdə isə "Berkshire Hathaway Inc."in yaradıcısı Uorren Baffet 84,8 milyard dollarla dayanıb. 

Bernar uzun illər "Forbes"in varlılar siyahısında yer alıb. 2018-ci ildə isə "Bloomberg" agentliyi onu Avropanın ən varlı adamı adlandırıb.
1 fevral 2019
GO BACK