Məşhur türk müğənnisi Demet Akalın bir gün əvvəl konsert proqramı ilə çıxış edib.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, Demet ona hədiyyə kimi göndərilən 35 min lirə dəyəri olan (10 min manata yaxın) üzüyü konsertində evlilik təklifi alan bir pərəstişkarına bağışlayıb.
Akalın konsert vaxtı evlənməyi düşündüklərini söyləyən cütlüyü səhnəyə dəvət edib. Məşhur müğənni səhnədə evlilik təklifi alan pərəstişkarına toy hədiyyəsi olaraq brilliant üzüyünü bağışlayıb.
Akalın üzüyün fotosunu sosial şəbəkədə də paylaşıb.
"Hədiyyə gələn brilliant üzüyü bağışladım və bir cütlüyün böyük xoşbəxtçiliyinə vasitəçi olduq. Sevgililər gününü gözləyin" , - deyə fotoya yazıb.