Qadin.NET / Salvador Dalini "Diriltdilər"-FOTO

Salvador Dalini "Diriltdilər"-FOTO

Salvador Dalini "Diriltdilər"-FOTO


ABŞ-ın Florida ştatında, Sent-Pitersberq şəhərində yerləşən Salvador Dali Muzeyi qeyri-adi layihəyə start verib. Aprel ayından başlayaraq muzeyə gələnlərin Salvador Dalinin həyat və yaradıcılığı barədə daha geniş məlumat əldə etmək imkanı olacaq. Onları rəssamı hamıdan yaxşı tanıyan insan - onun özü məlumatlandıracaq.

Qadin.Net AzərTac-a istinadən bildirir ki, "Dali Lives" ("Dali sağdır") adlı yeni layihə sürrealist rəssamı süni intellekt texnologiyalarının köməyi ilə "dirildir". Rəssamın obrazı bütün sərgi məkanı boyu yerləşdirilən bir neçə ekrandan tamaşaçılarla ünsiyyət saxlayacaq. Layihə Salvador Dalinin vəfatının 30 illiyinə həsr olunub.

Muzeyin direktoru Henk Hayn etik baxımdan birmənalı olmayan bu addıma bəraət qazandırmaq üçün ustadın öz sözlərini sitat gətirib: "Mən ölən deyiləm, amma nə vaxtsa ölsəm, ümidvaram ki, kafelərdəki insanlar deyəcəklər: "Dali cismən ölüb, amma əsərlərində yaşayır". Hayn daha sonra deyib: "Bu texnologiya bizim misilsiz kolleksiyamızla birlikdə rəssamın hərtərəfli şəxsiyyətinə daha yaxından bələd olmaq imkanı verəcək".

Virtual Dalinin yaradılması üzərində "Goodby Silverstein & Partners" (GS&P) reklam agentliyi çalışıb. Süni intellekt alqoritmini muzeyin topladığı yüzlərlə müsahibə, sitat və arxiv materialları əsasında "öyrədiblər". Maşın rəssamın mimikasını da mənimsəyib. Sonra Daliyə oxşayan aktyor dəvət edilib. Süni intellekt sürrealistin obrazını onun oxşarının sifətinə və ədalarına müvafiq olaraq generasiya edib. Muzeyə gələnlər həm aktyorun ifasında Dalinin özündən sitatlar, həm də günün aktual mövzusu ilə bağlı replikalar dinləyəcəklər.

Salvador Dalini "Diriltdilər"-FOTO

Salvador Dalini "Diriltdilər"-FOTO

Salvador Dalini "Diriltdilər"-FOTO

Salvador Dalini "Diriltdilər"-FOTO


1 fevral 2019
GO BACK