Üç ildir Ancelina Coli və Bred Pitt cütlüyünün mürəkkəb boşanma prosesi davam edir.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, onlar bu illər ərzində ilk dəfə eyni məkanda “The Sun” dərgisinin fotoqrafı görüntüləyib.
Los-Ancelesdəki binaların birində görüşən cütlüyün gərgin olması isə diqqətdən yayınmayıb.
Tez-tez pəncərədən boylanan Colinin emosional davranışları da fotolara yansıyıb.
Bildirilir ki, görüş zamanı onlar tək olmayıb. Cütlüyün 15 yaşlı oğlu Paksom da atası və anasının gərgin görüşünə şahidlik edib.