Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Azərbaycanda 16 nəfərin Рђ/H1N1 virusuna (donuz qripi) yoluxması barədə yayılan məlumatlar düzgün deyil.
Qadin.Net xəbər verir ki, bu barədə trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ÜST-nin referens laboratoriyasına heç bir nümunə göndərilməyib: "Ona görə də bu məlumatların haradan yayıldığını deyə bilmərik. ÜST-nin Azərbaycan ofisi də SN-yə 16 nəfərin donuz qripinə yoluxması barədə məlumatların yanlış olduğunu açıqlayıb. ÜST sabah bu barədə daha geniş açıqlama verəcək".
Qeyd edək ki, ÜST-nın həftəlik bülletenində Azərbaycanda 16 Рђ/H1N1 virusuna yoluxma halının aşkarlanması barədə məlumat yer alıb.