Böyük Britaniyadan olan Ebigeyl Tompson 12 il əvvəl itirdiyi üzüyünü burnundan tapıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, üzük qız asqırarkən onun burnundan düşüb.
20 yaşlı Ebigeyl bildirir ki, üzük 2007-ci ildə ona bağışlanıb. Lakin bir gün evdə tək olarkən onu asqırmaq tutub və qəfil üzük burnundan yerə düşüb.
Tompson dərhal anası ilə əlaqə saxlayıb, onunla danışdıqdan sonra qərara gəlib ki, üzük o, burnunu qurdalayarkən ilişib qalıb.