Qadin.NET / Qatarlara “ağıllı” pəncərələr quraşdırılacaq-VİDEO

Qatarlara “ağıllı” pəncərələr quraşdırılacaq-VİDEO



Yaponiyanın “JR Kyushu” dəmir yolu şirkəti “NTT DoCoMo” yerli rabitə operatoru ilə birgə qatarlarda pəncərələri faydalı məlumatların göstərilməsi funksiyası ilə təchiz etməyi planlaşdırır.

Bundan ötrü şüşələrin üzərindən şəffaf displeylər quraşdırılacaq.

 Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, yeni pəncərələrdə soraq kitabçasından informasiya, təyinat nöqtəsinə çatma vaxtı və digər faydalı məlumatların göstəriləcəyi güman edilir. Məlumatlar real vaxt rejimində yenilənəcək. Pəncərələrin idarəetməsi sensor və səsli interfeyslər vasitəsi ilə həyata keçiriləcək.

30 yanvar 2019
GO BACK