Aparıcı-prodüser Acun İlıcalı keçmiş arvadı Şeyma Subaşına hədiyyə etdiyi villanı 13 milyon avroya satışa çıxarıb.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, bu yaxınlarda müsahibə verən Şeymanın Acunla bağlı açıqlamalarından sonra aparıcının bu addımı atdığı bildirilir. İddialara görə, cütlüyün boşanma protokolunda Şeymanın münasibətləri haqda danışmaması ilə bağlı maddə olub. Ancaq Subaşı bu maddəni pozduğu üçün İlıcalı onu cəzalandırmaq qərarına gəlib.
Quruçeşmədəki villanı Acun Şeymaya toy hədiyyəsi olaraq bağışlamışdı.