“Aşkı memnu” serialı ilə məşhurlaşan aktrisa Nur Fettahoğlunun sosial mediada həmkarı Batuhan Ekşiyə yazdığı rəy diqqət çəkib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, o, Batuhanın günəşli havada çəkilən yarıçılpaq fotosuna “Oğlum, qarnını bağla, qısqanan olar” rəyini yazıb.
Sənətçinin bu rəyi isə fanatlarının gözündən yayınmayıb və müzakirə mövzusuna çevirilib.
Qeyd edək ki, aktrisa hazırda “Kardeş çocukları” adlı serialla ekranlara geri dönüb.