İngiltərəli Doran ailəsi 2 həftəlik Yeni Zelandiya tətili zamanı etdikləri müxtəlif hərəkətlərlə dünyanın mövzusuna çevrilib.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, getdikləri hər yerdə cəmiyyət qanunlarını pozan 12 nəfərlik ailə ölkədə ”Arzuolunmaz turistlər” elan edilib.
Hətta bələdiyyə sədri canlı efirdə ailəni təhqir edib.Minlərcə insan onların ölkəni tərk etməsi üçün şikayət edib.
Ailə getdikləri restoran və kafelərdə hesab ödəməmək üçün dava salır, yeməklərindən saç və həşarat çıxdığını iddia edirlər.
Çadır qurduqları dəniz sahilində zibilləri yerə atırlar.Hətta ailənin ən kiçiyi onu xəbərdar edən yerli sakinə hücum edib.
Medianın marağını çəkən ailə onların şəklini çəkən fotoqrafları təhdid edib. Fotoqraflardan biri fotoaparatını oğurladıqları üçün ailədən şikayət edib.Ailənin bir üzvü silahlı basqın səbəbi ilə həbs olunub, sonra sərbəst buraxılıb.