Son günlər 50 yaşlı Selin Dion görünüşü ilə diqqət mərkəzindədir. Sosial şəbəkədə hər gün yüzlərlə insan onun fotosunu paylaşıb, tənqid edir.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, anoreksiya xəstəsi olduğu güman edilən müğənni gənc sevgilisi ilə kameralar qarşısına keçib pozlar verməkdən də çəkinmir.
"The Sun" müsahibə zamanı Selin özü bu məsələyə toxunaraq, münasibət bildirib. O, görünüşünü və gənc sevgilisini tənqid edənləri vecinə almadığını söyləyib:
"Necə görünməyim özümün xoşuna gəlir, bunu müzakirə etmək istəmirəm. Heç kim narahat olmasın. Əgər siz də mənim görünüşümü bəyənsəniz, sevinərəm. Əgər bəyənmirsinizsə, məni rahat buraxın".