Arda Turanın otel tikdirmək istəyi ötən il inşaat aparılan yerdə başqa bir binanın çökməsinə səbəb olub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, uçan binanın sahibləri isə məşhur futbolçudan polisə şikayət ünvanlayıb.
Bildilir ki, Ardanın otelinin inşaatı zamanı yan binada çatlar əmələ gəlib. Binada olan ailələr qaçaraq canlarını qurtarıb, lakin tikili çöküb.Onlar zərərin qarşılanması üçün Turan ailəsi ilə görüşmək istəsələr də, cəhdləri uğursuz olub. Ona görə də, polisə müraciət etmək məcburiyyətində qalıblar.