Demet Akalın paylaşdığı video ilə qalmaqal yaradıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, sözügedən görüntülər onun sosial media hesabında paylaşılıb.Belə ki, müğənni İnstaqram “Story”dəki videosunda yol hərəkəti qaydalarını pozaraq, həm qırmızı işıqda keçib, həm də telefondan istifadə edib.Akalının bu hərəkəti isə sosial mediada müzakirələrə səbəb olub. İzləyicilər onun başqalarına pis örnək olduğunu yazıblar.