“Kanal D”də yayımlanan “Bir litre gözyaşı” serialı ekranlarla vidalaşır.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ötən günlərdə baş rolda oynayan Sanem Çelikin ayrılmasından sonra ekran işinin ssenarisinin dəyişiləcəyi bildirilmişdi.Lakin yayımlanan sonuncu seriya istənilən reytinqi yığa bilməyib. Buna görə də, layihəni ərsəyə gətirən “Medyapım” 15-ci seriyada final edəcəklərini bildirib.