Qadin.NET / “Eurovision”da hansı gün çıxış edəcəyik?

“Eurovision”da hansı gün çıxış edəcəyik?

“Eurovision”da hansı gün çıxış edəcəyik?


Ötən gün Təl-Əvivin İncəsənət muzeyində “Eurovision” mahnı müsabiqəsinin yarımfinalının püşkatma mərasimi keçirilib.
 Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Assi Asar və Lusi Ayoubun aparıcılıq etdiyi gecədə müsabiqənin iştirakçı ölkələrinin hansı yarımfinalda səhnəyə çıxması bəlli olub.Məlum olub ki, ölkə təmsilçimiz 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq.Qeyd edək ki, “Infe Azerbaijan”ın məlumatına görə, “Eurovision”a namizədlər sırasında Ləman Dadaşova, Tofiq Hacıyev, Samira Əfəndi və Çingiz Mustafayevin adı yer alıb. Azərbaycanı təmsil edəcək namizədi “İctimai” kanal açıqlayacaq.
29 yanvar 2019
GO BACK