Floridadan olan İsabella Sainz və Cosep Konner adlı cütlük ölkə gündəmindən düşmür.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, İsabellanın 20, Cosepin isə 53 yaşı var. Aralarında 33 yaş fərqi olan cütlük ikinci dəfə valideyn oldu.
Sainzla Konner 2 il öncə tanış olublar. Bir il sonra onların ilk övladı dünyaya gəlib. Artıq ikinci uşaqları doğuldu. İkili aralarında yaş fərqinin çox olmasına baxmayaraq xoşbəxt olduğunu bildirir.
İsabella bəzi insanların onların ata-qız olduğunu düşündüyünü bildirib. 20 yaşlı Sainzin sözlərinə görə, bəzən "Cosep atandır" deyənlərə o, "Bəli, atamdır" cavabı verir. O, əvvəllər bu kimi suallara əsəbiləşdiyini, lakin zaman keçdikcə bunu əyləncə kimi qəbul etdiyini söyləyib.
Qeyd edək ki, Konnerin ilk evliliyindən 4 övladı var.