40 yaşlı Amerika vətəndaşı Tamika Kaponee hipertoniya və piylənmədən əziyyət çəkirdi və o mədəsində əməliyyat keçirmək üçün Meksikaya ucuz bir xəstəxanaya gedir.
Qadin.Net medicina.az-a istinadən bildirir ki, əməliyyatdan sonra özünü pis hiss edən qadının tikiş yerlərində irinli absess yaranıb. Tamikanı xəstəxanaya yerləşdiriblər. Məlum olub ki, qadın çox dayanıqlı Pseudomonas aeruginosa adlı bakteriyaya ilə infeksiyalaşıb.
Xəstəxanadaxili yoluxan bu bakteriya bütün güclü antibiotiklərə qarşı davamlıdır.
O. ABŞ-ın 12-ci vətəndaşıdır ki, barriatrik əməliyyat zamanı bu bakteriyaya yoluxub.
Həkimlər qadına bütün mövcud antibiotiklərlə müalicə təyin ediblər, lakin o sağalmır. Artıq həkimlər də bakteriya qarşısında çarəsiz qaldıqlarını etiraf edir, mübarizəni qadının immunitetinə və taleyin öhdəsinə buraxıblar.