Şotlandiyalı komediya aktyoru Daniel Sloss iki sualla 17 min cütlüyün ayrılmağına səbəb olub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Daniel sevgi münasibətlərindən danışıb. O, bir çox insanın düzgün seçim etmədiyini bildirib:
"Bəzən tək qalmaqdansa, kiminləsə olaq" deyirik və həyatımıza məcburi kimisə salırıq. Amma 5, 10 il sonra "Sənin burada nə işin var?" deyə fikirləşirik. Ona görə ailə qurmazdan öncə özünüzə iki sual verin. Həyatımın 5, 10 ilini hədər yerə sərf etmişəm?, Həyatımın geri qalan hissəsini hədər etmək istəyirəm?".
Danielin fikrincə bu gün boşanmaların sayının çox olmasına səbəb 30 yaşadək düşünülmədən qurulan ailələrdir. Daha sonra bir çox cütlük Slossa sosial mediada mesaj yazaraq sevgilisi ilə münasibətlərə son qoyduğunu qeyd edib. Bəlli olub ki, mesaj yazanların sayı 17 mindən çox olub.