Xəbər verdiyimiz kimi, “Eurovision 2019” yarışmasında Azərbaycanı təmsil etmək üçün “Focus Group”a təklif olunan üç namizədin adı açıqlanmışdı.
Qadin.Net axşam.az xəbər verir ki, artıq dördüncü namizədin də adı bəlli olub.
Bu barədə “Infe Azerbaijan” məlumat verib.
Bildirilir ki, dördüncü namizəd “Səs Azərbaycan” layihəsinin iştirakçısı Ləman Dadaşovadır.
Qeyd edək ki, digər namizədlər müğənnilər Çingiz Mustafayev, Samirə Əfəndi və Tofiq Hacıyevdir.