“Oskar”dan əvvəl ən böyük film mükafatlarından biri olan 25-si “SAG” mükafatları sahiblərinə verilib.
Axşam.az xəbər verir ki, qaliblər ötən gün Los-Ancelesdə keçirilən tədbirdə mükafatlandırılıb.
Gecədə “Qara bəbir” iki, seriallardan isə “The Marvelous Mrs. Maisel” üç mükafat birdən qazanıb.
Ən yaxşı kişi aktyor: Rami Malek – “Bohemian Rhapsody”
Ən yaxşı qadın aktrisa: Qlin Klos – “Arvad”
Ən yaxşı ikinci dərəcəli aktyor: Maherşel Ali – “Yaşıl kitab”
Ən yaxşı ikinci dərəcəli qadın aktrisa: Emili Blant – “Səssiz yer”
Ən yaxşı aktyor komandası: “Qara bəbir”
Ən yaxşı dublyor işi: “Qara bəbir”
Ən yaxşı kişi aktyor (Mini serial): Darren Kris – ““Versace”a sui-qəsd”
Ən yaxşı qadın aktrisa (Mini serial): Patrisia Arkvit – “Dannemorda qaçış”
Ən yaxşı kişi aktyor (Dram serialı): Ceyson Beytmen – “Ozark”
Ən yaxşı qadın aktrisa (Dram serialı): Sandra Oh – “Həvvanı öldürmək”
Ən yaxşı aktyor Toni Şalhob – “The Marvelous Mrs. Maisel
Ən yaxşı qadın aktrisa (Komediya serialı): Raşl Brosnahn – “The Marvelous Mrs. Maisel”
Ən yaxşı aktyor komandası (Dram serialı): “Bu bizik”
Ən yaxşı aktyor komandası (Komediya serialı): “The Marvelous Mrs. Maisel”
Ən yaxşı dublyor işi (serial): “Parıltı”