Müğənni Hadisə həbs etdirdiyi pərəstişkarından danışıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, sənətçi İstinyedəki evinə zorla girməyə çalışan pərəstişkarının onu çox qorxutduğunu deyib. O bildirib ki, bu hadisədən sonra başqa insan olub:
"Heyranlıq başqa bir şeydir. Qorxmuşamsa, deməli, bunun ciddi bir səbəbi var. Artıq qapımı heç kimə açmıram. Qorxunc bir hadisə idi"