2016-cı ildə dünya şöhrətli britaniyalı müğənni Corc Maykl dünyasını dəyişdi. Milyonların pərəstiş etdiyi Corc olduqca parlaq, eyni zamanda qaranlıq sima idi. Razılaşın, hər birimizin gizli yönləri var.
Təəssüf ki, əsil adı Yorqos Kiriakos Panayotu olan müğənni 53 yaşında dünyasını dəyişir. Yarım əsrdən 3 il artıq müddətdə Maykl cəmyyətin oxuyan səsi olmaqla yanaşı minlərlə insanın qəhrəmanına çevrilməyi bacardı.
Amma onun xeyriyyəçiliyi çox az adama aşkardır.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Corc Mayklın gizli qəhrəmanlığı barədə yazını təqdim edir:Karyerası boyu məşhur müğənni milyonlar qazanıb. Lakin pul onun üçün heç vaxt özünü sübut vasitəsi olmayıb. Əksinə qiymətli kağız parçasını dünyanı çirkabdan qurtaran vasitə sayıb. Heç vaxt ailə qurmayıb, övladları da olmayıb. Amma sərvətini xərcləməyə minlərlə insan tapıb.Qəlbiaçıq, yardımsevər Corc tibb mərkəzlərə və xeyriyyə təşkilatlarına himayədarlıq edirdi. Bununla da qalmır, acı taleyi hisslərinə toxunan köməksizlərə də anonim şəkildə yardım edirdi. Hətta şou proqramları izləyir, müalcəyə ehtiyacı olanların hesabına anonim şəkildə pul köçürdərdi. Minlərlə valideyn himayəsindən məhrum britaniyalı uşaq, Corcun sərvəti hesabına böyüyür. Hətta bəzən uşaq evinə gələr, üzünü eynək və papaqla gizlədib uşaqlara qulluq edərmiş.
Həyatının son illərində Corcun anası ağır xəstəliyə yaxalanır. Müğənni sevimli anasını Londonun ən bahalı klinikalarının birində müalicə etdirir. Anası dünyasını dəyişəndən sonra isə təşəkkür əlaməti olaraq xəstəxananın həkim və tibb bacıları üçün pulsuz konsert verir.Bəli, Corc homoseksual idi. Yaxın dostu Fredi Merkurinin qorxunc QİÇS virusundan dünyasını dəyişdiyini bildiyi üçün bu mövzuya da çox həssas yanaşırdı. Bu xəstəlikdən əziyyət çəkənlərin də gizli qəhrəmanı idi.Corc axşamlar Londonun kasıb məhəllələrindəki kafelərdə qəhvə içməyi sevərdi. Günlərin bir günü kafedəki ofisiant qızın tələbə olduğunu və ağır güzəran ucbatından bu işi gördüyünü öyrənir. Ona külli miqdarda pul verib, fikrini təhsilinə cəmləməsini tövsiyə edir.Doğrudur, biz incəsənət nümayəndələrini sırf onların istedadına görə sevirik. Amma belə incə məqamlar da pərəstiş etməyimiz üçün əla səbəbdir.