Ötən gün Fransanın "France 2" telekanalında ölkəni "Eurovision 2019"-da təmsil edəcək iştirakçının seçim turu keçirilib.
Qadin.Net Milli.Az-a istinadla xəbər verir ki, seçimlər 8 iştirakçı arasında keçirilib. Səsvermə nəticəsində 200 bal toplayan 1999-cu ildə Fransada doğulan, əslən mərakeşli olan Bilal Hassani Fransanı bu il İsraildə keçiriləcək "Eurovision 2019" mahnı müsabiqəsində təmsil etmək hüququ qazanıb.
Homoseksual ifaçının ölkəni beynəlxalq mahnı müsabiqəsində təmsil etməsi söz-söhbətsiz ötüşməyib. B.Hassanini onun haqda neqativ fikirlər səsləndirənlərdən eyni anda bir neçə insan hüquqlarını qoruyan şirkətlər vəkillərin köməkliyi ilə qoruyacaq.