Bu il Çində dünyanın ən böyük beynəlxalq aeroportu - Pekinin Dasin hava limanı açılacaq.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, aeroportun binasını nüfuzlu memar Zaha Hadid layihələndirib.
Nəhəng kompleksdə 80-ə yaxın çıxış olsa da, terminalın özünəməxsus forması hesabına, onun mərkəzindən uçuş-eniş zolağına aparan istənilən çıxışa bir neçə dəqiqə ərzində çatmaq olacaq.
Rekord ölçüdə olan aeroport Pekinin Dasin rayonunda inşa olunur. Aviaqovşaq Pekinin mərkəzindən 46 kilometr aralıda yerləşir. Aeroportun iri nəqliyyat qovşağına çevriləcəyi bildirilir. Hava limanında aviaterminaldan başqa dəmiryolu xətlərinin qovşağı da olacaq və aeroportun altında yerləşəcək.
Dasində yeddi uçuş-eniş zolağı var. Gündəlik olaraq 620 min reysi qəbul edib-göndərə bilər. Aeroport təxminən 50 kvadrat kilometr sahəni tutur. Onun inşası üçün hökumət bir neçə yaşayış məntəqəsini sökmək və əhalinin başqa rayonlara köçürmək məcburiyyətində olub.
Binanın dizaynında yumşaq xətlər əslən iraqlı olan Britaniya vətəndaşı Zahi Hadidin "vizit kartı" sayılır.
Ötüb keçən yüksək sürətli təyyarələrin uçuşu zamanı kompleks "çiçəyinin" vibrasiya etməməsi üçün mindən çox dempferdən istifadə olunub. Təyyarələr rahatlıqla bina üzərindən 300 km/saat sürətlə uça bilərlər; terminalda olan sərnişinlər bundan heç nə hiss etməyəcək.
Aeroportun nəhəng "hörümçək toru" artıq hazırdır. Pekin Dasin tamamilə baryersiz olacaq. 2022-ci ildə XIII Qış Paralimpiya Oyunlarının iştirakçılarını qarşılayacaq.