Əməkdar artist Aybəniz Haşımovanın “Bülbüllər” qrupunun eks-solisti, müğənni Fərid Məmmədov ata olub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 2013-cü ildə “Eurovision”da Azərbaycana ikincilik gətirən müğənni bu barədə sosial media hesabında məlumat yayıb.
“Xoş gəldin dünyama, mənim oğlum” şərhini yazan Fərid övladının üzünü göstərməyib.
Qeyd edək ki, Fərid 2016-cı ildə Nigar adlı xanımla ailə həyatı qurub. O, ailəsi ilə bir ildən çoxdur ki, Amerikada yaşayır.