Qadin.NET / Daha bir ölkədə çarşaba qadağa qoyuldu

Daha bir ölkədə çarşaba qadağa qoyuldu

Daha bir ölkədə çarşaba qadağa qoyuldu


Niderland parlamentinin yuxarı palatası üzü gizlədən müsəlman geyim elementlərinin ictimai yerlərdə geyinilməsinə qadağa qoyub.

Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, söhbət pərəncə və çarşabdan gedir. Eyni zamanda ictimai yerlərdə yalnız saçları örtən hicabların geyinilməsinə hələ də icazə verilir.

Qanuna əsasən, "ictimai yer" termini olaraq nəqliyyat, məktəblər, xəstəxanalar və hökumət qurumlarının binaları göstərilir. Qanunu pozanlar üçün 400 avro cərimə nəzərdə tutulur.

Qeyd edək ki, buna bənzər qanunlar bir çox Avropa ölkəsində, xüsusilə Fransa, Belçika, Danimarka və Avstriyada tətbiq olunur.

26 yanvar 2019
GO BACK