Aktrisa Hazal Kaya Yeşilcam ulduzu Ayşen Qrudanın ölümünü unutması ilə bağlı haqqında çıxan xəbərlərə münasibət bildirib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, o, Ayşenin ölümü ilə bağlı paylaşımı izləyicilərin sözlərindən sonra etməsinin yalan olduğunu qeyd edib:
"Kiminsə istəyi ilə paylaşım edənlərdən deyiləm. Həyatımı sosial şəbəkələrdə yaşamıram ki, aktrisaya da buradan vida edim. Mənim haqqımda bu tərz xəbər çıxara bilməzsiniz. Həddinizi aşmayın, tərbiyəsizləşməyin".
Qeyd edək ki, “Hababam sınıfı” filmindəki obrazı ilə daha çox tanınan Qruda iki gün öncə 74 yaşında dünyasını dəyişib.