Qadin.NET / Bu üçlükdən biri Azərbaycanı "Eurovison"da təmsil edəcək!

Bu üçlükdən biri Azərbaycanı "Eurovison"da təmsil edəcək!

Bu üçlükdən biri Azərbaycanı "Eurovison"da təmsil edəcək!


Bir neçə həftə sonra İctimai Televiziya "Eurovision- 2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisini ictimaiyyətə təqdim edəcək.

 Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, kanal onlarla namizəd arasında üç nəfər müəyyənləşdirib və onlar arasında seçim aparır.

Sözügedən şəxslərdən biri "Səs Azərbaycan müsabiqəsinin finalisti olan Samirə Əfəndidir.  O, yarışmada iştirak edəcək favori namizəddir. Lakin Azərbaycan ard-arda xanım iştirakçıları "Eurovision"a göndərdiyi üçün bu dəfə əsas diqqət bəylərin üzərindədir.

İkinci namizəd isə "Səs Azərbaycan" proqramı ilə populyarlaşan, MTV-də yayımlanan "3 canlı" proqramının aparıcısı Tofiq Hacıyevdir.

Üçüncü ifaçı Fransanın TF1 telekanalında yayımlanan "The Voice 5" müsabiqəsinin iştirakçısı olmuş azərbaycanlı müğənni Araz Hümbətlidir.

İTV hələ üç iştirakçı arasında seçim aparır, lakin qapalı keçirilən milli seçim turunun qalibi müəyyənləşdirməkdə çətinlik çəkir.

25 yanvar 2019
GO BACK