İllərdir küsülü olan türkiyəli müğənnilər Hande Yener və Demet Akalın barışıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ifaçılar aralarındakı buzun əridiyini İnstaqramdan nümayiş etdirib.
Belə ki, sənətçilər bir-birini izləməyə başlayıb. Demet isə “Story” bölməsində 2012-ci ildə Hande ilə birlikdə çəkildiyi reklamı paylaşaraq barışdıqlarını bildirib.