Qadin.NET / 21 yaşlı gənc 74 yaşlı qadınla EVLƏNDİ-FOTO

21 yaşlı gənc 74 yaşlı qadınla EVLƏNDİ-FOTO

21 yaşlı gənc 74 yaşlı qadınla EVLƏNDİ-FOTO


6 nəvə sahibi 74 yaşlı Almeda Errelin özündən 53 yaş kiçik gənclə evlənməsi dünya gündəminə səs salıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Almeda 21 yaşlı Qari Hardviklə 45 yaşlı oğlu Robertin yas mərasimində tanış olub.Bir-birinə aşiq olan cütlük rəsmi nikah da kəsdirib. Onlar ətrafdakı insanların münasibətlərinə əhəmiyyət vermədiklərini və birlikdə xoşbəxt olduqlarını bildiriblər. 

Errel açıqlamasında “Bundan öncə 43 illik bir evliliyim olub. Amma öpüşmələr, qucaqlaşmalar, xoş sözlər görməmişəm. Bu evlilik isə qasırğa kimidir. Hər an öpüşmək, qucaqlaşmaq, xoş söz eşitmək necə də yaxşı imiş”.

Qari isə nənəsi yaşlı qadınla ailə qurmasını belə izah edib:

“Yas mərasimindən sonra bir dəfə də restoranda Almeda ilə görüşdüm. Əlimi sıxdı və “Mənim 74 yaşım var. Sənin üçün çoxmu qocayam” dedi. Əlini sıxdım, “Yaş yalnız bir saydır” dedim və ona evlilik təklif etdim. Errelin çox gənc ürəyi var. Heç aramızda yaş fərqinin olduğunu hiss etmirəm”.
24 yanvar 2019
GO BACK